ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində əlavə təhsilə sənəd qəbulu davam edir

Bakı, 17 iyul, AZƏRTAC

2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə iyunun 1-dən tələbə qəbulu elan edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədlər avqust ayının 10-na kimi (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.

Tələb olunan sənədlər:

rektorun adına ərizə;

diplom (yaxud diplomu əvəz edən arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

şəxsiyyət vəsiqəsinin surəti;

3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

sağlamlıq haqqında arayış.

Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.