ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin ənənəvi “Çunyan” (“Əkiz doqquzlar”) bayramı qeyd olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın fəlsəfi məzmunundan danışıb. O, Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün ay təqviminin doqquzuncu ayının doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinib xrizantem şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı bayramın yaranması əfsanəsi haqqında ətraflı məlumat verib.
Tədbirdə Şanxay Universitetinin magistri Kəmalə Məmmədova isə bayramın ənənələri, fəlakətlərdən xilas olmaq və xoşbəxt ömür sürmək üçün dua edərək dağa qalxma mərasimi, düyü unundan hazırlanaraq ərik çəyirdəkləri, xurma, qoz-fındıq və kişmişlə bəzədilmiş bayram şirniyyatları haqqında məlumat verib.
Sonda ADU-nun tələbələri müasir Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun, qədim Çin şairləri Tao Yuanminin və Van Veyin bayrama həsr olunmuş şeirlərini söyləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]