ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində görkəmli alim Xudu Məmmədovun xatirəsi anılıb

Bakı, 21 noyabr, AZƏRTAC 

Noyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) “SABAH” qruplarının təşkilatçılığı ilə görkəmli alim Xudu Məmmədova həsr olunan tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, “SABAH” mərkəzinin rəhbəri Aynur Budaqova çıxışında tədbirin “Yad et məni” layihəsi çərçivəsində reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, layihənin məqsədi görkəmli şəxsiyyətlərin yad olunması və tanıdılmasıdır.

Tarixçi və araşdırmaçı Vasif Qurbanzadə, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi Xudu Məmmədovun həyatını Azərbaycan gəncliyinin elmi potensialının yüksəlməsinə həsr etdiyini, Azərbaycanın elm, mədəniyyət, sənət və sərbəst fikir tarixinin qurulmasında mühüm rol oynadığını vurğulayıblar.

Sonra tələbələr Xudu Məmmədovun həyatı, elmi fəaliyyəti və yaradıcılığından söz açıblar.

Tədbirdə Xudu Məmmədovun müəllifi olduğu bayatılar səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.