ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində meksikalıların ənənəvi bayramı qeyd olunub

Bakı, 2 noyabr, AZƏRTAC 

Noyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Meksikanın “Ölülər günü” bayramı ilə bağlı tədbir keçirilib. Universitetin foyesində bayramın xüsusiyyətlərini əks etdirən stend qurulub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bayramın yaranmasının tarixi kökləri, ölkəsinin adət-ənənələri haqqında tələbələrə ətraflı məlumat verib. İştirakçılar tərəfindən maraqla qarşılanan tədbirdə səfir bildirib ki, “Ölülər günü” bayramını meksikalılar hər il noyabrın 2-də qeyd edirlər. Bu tarixdə hər bir meksikalının evində dünyasını dəyişən insanların şərəfinə süfrə açılır, onların sevdikləri musiqi səsləndirilir. Bununla onlar ölülərin ruhunu hiss etməyə çalışırlar. Ölülərin məmnun qalmaları üçün sevdikləri təamları süfrəyə düzür, ruhlarının inciməməsi üçün əllərindən gələni edirlər.

Meksikalılar dünyadan köçən yaxınlarını unutmadıqlarını bu bayramla xatırladırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.