ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində serb dilinin tədrisinə başlanılıb

Bakı, 28 noyabr, AZƏRTAC 

Azərbaycan Dillər Universitetində (ADU) ölkəmizdə ilk dəfə serb dili və mədəniyyətinin tədrisinə başlanılıb. Universitet yalnız öz tələbələri üçün deyil, həmçinin serb dilinə maraq göstərən şəxslər üçün şans yaradıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, təhsil ocağında fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti Mərkəzində noyabrın 16-dan etibarən həftənin I və V günləri saat 14:00-da ödənişsiz serb dili dərsləri keçirilir. Tələbələr serb dilini başlanğıc səviyyəsindən inkişaf etdirə bilərlər.

Dərslər tələbənin tək qrammatika deyil, bütün dil bacarıqları, o cümlədən dinləmə, danışıq, sürətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır.

Dərs proqramına əsasən həyatın müxtəlif sahələrində gündəlik istifadədə olan mövzular, onlarla bağlı nitq tapşırıqları həyata keçirilir, qrammatik qaydalar, müxtəlif mövzularda müzakirələr aparılır. Bununla yanaşı, dil daşıyıcısı tərəfindən aparılan şifahi nitq və dinləmə dərsləri tələbələrin öz bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradır.

Dərslər uzun müddət Serbiyada yaşamış, Serb Dili və Mədəniyyət Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidova və filoloq Branka Yoksiç-Malobabiç tərəfindən keçirilir.

Maraqlanan şəxslər dərslərə yazılmaq üçün Serb Dili və Mədəniyyəti Mərkəzinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.