ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində startap təlimi təşkil edilib
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetində Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə startap təlimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələr arasında innovativ və startap fəaliyyətinin inkişafını və bu sahədə iş aparılmasını təmin etmək məqsədilə həyata keçirilən layihə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Vergilər Nazirliyi ilə birgə təşkil olunub.
Təlimdə “EnterpriseAzerbaijan” portalının nümayəndəsi Oruc Dursunzadə çıxış edib. O, universitetin müəllim və tələbə heyətini portalla tanış edib. Daha sonra “Azexport” portalının meneceri Ayxan Qədəşov “Amazonla qazan” təlimləri barədə danışıb.
Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov isə vergi islahatları barədə ətraflı məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]