MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü “Yeddi gözəl”lə açdı

Bakı, 20 sentyabr (AZƏRTAC). Paytaxtımızda keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 20-də Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü elə bu tamaşa ilə açdı.

Səhnə əsərinin dirijoru Xalq Artisti Cavanşir Cəfərovdur. Quruluşçu baletmeyster Estoniyanın Əməkdar Artisti, dövlət, beynəlxalq mükafatlar laureatı, UNESCO yanında beynəlxalq rəqs şurasının üzvü Vasili Medvedyevdir.

Tamaşada baş rolların ifaçıları xalq artistləri Gülağası Mirzəyev və Kamilla Hüseynovadır.

Qara Qarayevin “Yeddi gözəl” baleti Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə həsr edilib və ilk tamaşası 1952-ci il noyabrın 6-da olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.