REGİONLAR


Azərbaycan Dövlət Aqrar Universiteti Oklahoma Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 24 noyabr, AZƏRTAC

ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən biri olan Oklahoma Dövlət Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Aqrar Universitetindən məlumat verilib. Bildirilib ki, sazişdə universitetlər arasında təhsil və tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər nəzərdə tutulub. Sənəd Azərbaycanla Oklahoma ştatı arasında illərdir davam edən səmərəli əməkdaşlığın xarakterinə uyğundur.

Sazişə əsasən, hər iki ali təhsil müəssisəsi bərabər və səmərəli əməkdaşlıq sahəsində öhdəliklər götürüb. Həmçinin universitetlər arasında mütəxəssis və tədqiqatçı alimlərin mübadiləsi, təlim, tədqiqat, araşdırma sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Hər iki universitet bu istiqamətdə qarşılıqlı fəaliyyətin həyata keçirilməsində bir-birini strateji tərəfdaş olaraq tanıyır. Sənədə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları, professor-müəllim heyəti qəbul tələblərinə cavab verdikləri təqdirdə Oklahoma Dövlət Universitetində təhsil alacaqlar. Bu zaman onlar strateji tərəfdaş olan təhsil müəssisəsinin hüquq və imtiyazlarına və rezident tələbələrə verilən imtiyazlara sahib olmaq hüququ qazanacaqlar.

Gələcəkdə hər iki universitet tərəfindən müəyyən olunacaq ixtisaslar üzrə ikili diplomların verilməsi məsələsi gündəmdədir və hazırda bu istiqamətdə danışıqlar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.