CƏMİYYƏT


Azərbaycan Dövlət Aqrar Universiteti X milli yarışda qalib olub

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim sahibkarlıq fəaliyyətimiz” (“Enactus”) beynəlxalq proqramı üzrə X milli yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkənin bir sıra aparıcı ali məktəblərinin iştirak etdiyi yarışın finalında Azərbaycan Dövlət Aqrar Universiteti qalib olub.

Qalib Azərbaycanı oktyabrda Cənubi Afrika Respublikasının Yoxanesburq şəhərində keçiriləcək “Enactus Dünya Kuboku-2015”də təmsil edəcək.

Yarış ərzində “Ən yaxşı komanda ruhu” nominasiyasında Naxçıvan Dövlət Universiteti, “Ən yaxşı sosial layihə” nominasiyasında Naxçıvan Universitetinin “Bələdçi” layihəsi, “Ən yaxşı ekoloji layihə” nominasiyasında Azərbaycan Texnologiya Universitetinin “Edial” layihəsi, “Ən yaxşı biznes layihə” nominasiyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dəmir möcüzəsi” layihəsi fərqlənib. Həmçinin “Naxçıvan” Universitetinə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə “Azerfon” MMC və Bakı Tekstil Fabriki tərəfindən hədiyyələr verilib.

Qeyd edək ki, “Enactus” sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq proqramdır. Proqramın əsas məqsədi tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirmək və gələcəyin sahibkarlarını yetişdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.