REGİONLAR
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Latviya arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib
Gəncə, 14 fevral, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Latviya səfəri çərçivəsində Latviyanın Kənd Təsərrüfatı naziri Gerhards Kasparsla görüşüb.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə tərəfləri maraqlandıran məsələlər, hər iki ölkənin təhsil sistemləri, əməkdaşlıq imkanları, heyvandarlıq, baytarlıq xidməti və müvafiq qanunvericilik məsələləri müzakirə edilib.
Gələcəkdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Daha sonra rektor İbrahim Cəfərov və universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin bir qrup əməkdaşı Latviya Kənd Təsərrüfatı Nazirliyi yanında Ərzaq və Baytarlıq Xidmətində olub, xidmətin sədr müavini Kristine Lamberqa ilə görüşüb və baytarlıq xidməti ilə bağlı müzakirə aparıblar.