REGİONLAR


Azərbaycan Dövlət Aqrar Universitetinə BP şirkətinin dəstəyi ilə nəşr olunmuş kitablar hədiyyə edilib

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kitabxana şəbəkəsinin genişləndirilməsi, yeni tədris korpusunda kitabxananın istifadəyə verilməsi, kitab bazasının zəngilnləşdirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilməklə bu istiqamətdə xeyli işlər görülüb, əlaqələr genişləndirilib. Bu işlərin nəticəsi olaraq son illərdə kitabxana fonduna hədiyyə olunan nəşrlərin sayı artıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, BP şirkətinin dəstəyi ilə “TEAS-Press” nəşriyyat evi tərəfindən çap olunmuş “İnsan resurslarının idarə edilməsi”, “Əməliyyatların idarə edilməsi” və “Sosial işdə etik prinsiplər” kitabları ali məktəbə hədiyyə edilib. Kitablar dünyada məşhur olan “Pearson” nəşriyyatının orijinalı əsasında “TEAS-Press” nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

Professor-müəllim heyəti, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr nəşrlərlə kitabxanada, yeni tədris korpusunun kitabxanasında, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin sərbəst kompüter otaqlarında tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.