Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan Dövlət Aqrar Universitetinin 99 yaşı tamam olub

Gəncə, 16 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızda kənd təsərrüfatı üzrə yüksəkixtisaslı kadrlar hazırlayan ilk və yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 99 yaşı tamam olub.

Əsrə yaxın zəngin və şərəfli yol keçən bu ali təhsil və elm məbədinin əslində hər ili bir tarixdir. Yarandığı gündən indiyədək Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizin aqrar sektoru üçün 70 minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlayıb.

Bu barədə universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən Qalib Rəhimli AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.

Bildirilib ki, Azərbaycanın kənd təsərrüfatının inkişafında müstəsna rolu olan universitet həm də yetişdirdiyi görkəmli məzunları ilə məşhurdur. Universitetin məzunları arasında 23 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü seçilib. Görkəmli akademiklər Həsən Əliyev, Validə Tutayuk, İmam Mustafayev, Firuz Məlikov, Ələkbər Quliyev, İlyas Abdullayev, Cəbrayıl Hüseynov, Müzəffər Abutalıbov, Musa Musayev, Siddiqə Məmmədova, Vahid Hacıyev, Məmməd Salmanov, Məmmədtağı Cəfərov, Məhərrəm Babayev, Akademiyanın müxbir üzvləri Ağaxan Ağabəyli, Kazım Ələkbərov, Məmməd Emin Salayev, Rəhim Hüseynov, Aydın Məmmədov, Mahmud Abdullayev, Zeynal Əkbərov, İbrahim Cəfərov və Saleh Məhərrəmov təhsil müəssisəsinin həmişə qürurla xatırlanan alimlərindəndir.

Bu gün isə ADAU-da bazar iqtisadiyyatının tələblərinə uyğun, rəqabətqabiliyyətli kadrların hazırlanması üçün ən mütərəqqi üsullardan istifadə edilir. Müasir şəraitdə kadr hazırlığına yanaşma tam fərqlidir. Artıq zamanın tələbindən yaranan yeniliklərə, maddi-texniki bazaya, müasir tədris və təcrübə şəraitinə malik laboratoriyalara, auditoriyalara sahib olmaqla kadrlar hazırlanmalıdır. Əminliklə demək olar ki, Azərbaycan Dövlət Aqrar Universitetində məhz belə şərait mövcuddur. Ən önəmlisi isə dövlətin bu sahəyə xüsusi diqqət göstərməsidir. Elə bu diqqətin nəticəsidir ki, son 7 ildə universitetin təhsil şəraitində tək ölkə mütəxəssislərini deyil, Avropa mütəxəssislərini də heyrətə gətirəcək işlər görülüb. 1048 yerlik iki tələbə evi istifadəyə verilib. Tədris təcrübə təsərrüfatı yenidən qurulub. Heyvandarlıq və atçılıq kompleksləri, quşçuluq, balıqçılıq, arıçılıq tədris mərkəzləri, baytarlıq və bitki klinikaları yaradılıb, ilin bütün fəsillərində məhsul yetişdirmək üçün istixanalar qurulub. Hazırda isə şəhərimizdə ən böyük tədris korpusunun, peşə liseyinin inşası davam etdirilir. Kollecin və 400 nəfərlik yeməkxananın isə yaradılmasına icazə verilib.

Son illərdə universitetə qəbul olan tələbələrin say və keyfiyyət tərkibində də əsaslı dəyişikliklər baş verib. 400-650 bal toplayan abituriyentlər arasında Azərbaycan Dövlət Aqrar Universitetini seçənlərin sayı xeyli artıb. Təbii ki, bütün bunlar universitetdə yaradılan şəraitlə əlaqədardır. Universitetin bitkiçilik və heyvandarlıq sahələri üzrə çoxlu sayda mərkəzləri, müasir avadanlıqlarla təchiz edilən auditoriya və laboratoriyaları, kabinələri mütəxəssis hazırlığı üçün olduqca vacib amillərdir.

Son 7 ildə professor-müəllim heyətinin tərkibi cavan, perspektivli və xarici dilli mütəxəssislərin hesabına əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Artıq 6000-dək tələbəsi olan ADAU-da bu gün Azərbaycan dili ilə yanaşı, 10 ixtisasda rus, 6 ixtisasda ingilis dillərində tədris aparılır, 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

ADAU-da inkişafın mərkəzində keyfiyyətli tədrisin düzgün qurulması əsas götürülür. Bu baxımdan tədrisdə işin təşkili həm də payız və yaz semestrlərinin imtahan sessiyalarının müvafiq qaydalara uyğun tənzimlənməsindən keçir.

Payız və yaz semestrlərinin imtahan sessiyalarının təşkili və keçirilməsi bir qayda olaraq universitet rektorunun müvafiq əmrlərilə rəsmiləşdirilir. Əmrlərdə “Qaynar xətt”in əlaqə telefonu, e-mail ünvanı göstərilir, verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün apelyasiya komissiyası təşkil edilir. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilir, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılır, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri müəyyənləşdirilir, imtahan korpuslarında tibb məntəqəsi təşkil edilir. Sessiyaların başlanması ərəfəsində fakültə dekanları, kafedra müdirləri, akademik məsləhətçilər (tyutorlar), aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə rektorluğun geniş iclası keçirilir, sessiyanın mütəşəkkil təşkili və başa çatması ilə bağlı konkret tapşırıqlar verilir.

İmtahan sessiyalarının nəticələrinə görə yüksək göstəriciləri olan tələbələrə büdcədənkənar vəsait hesabına stimullaşdırıcı təqaüdlərin verilməsi də təhsilin keyfiyyətinə müsbət təsir edən amillərdəndir. Bu təqaüdlər təhsil müəssisəsində belə tətbiq edilir: Qəbul imtahanlarında kənd təsərrüfatı ixtisaslarına büdcədənkənar vəsait hesabına 500 və daha çox balla qəbul olunanlara 200 manat, 400 və daha çox balla qəbul olunanlara 100 manat, qeyri kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunanlara 120 manat, 400 və daha çox balla qəbul olunanlara 80 manat, sessiyada bütün fənlərdən 100 bal alanlara 100 manat, 5 fəndən 100 bal alanlara 80 manat, 4 fəndən 100 bal alanlara 60 manat, ingilisdilli ixtisaslarda sessiyanı müvəffəqiyyətlə başa vuranlara - 70 manat stimullaşdırıcı təqaüd verilir. Təkcə Əfsəl Qazıyev adlı, respublikada ən yaşlı tələbəyə (50 yaş) ayda 200 manat, sessiyaları əla qiymətlərlə bitirdiyinə görə 130 manat və bütün fənlərdən 100 bal topladığına görə 100 manat, ümumilikdə 430 manat təqaüd təyin edilib.

Tədrisdə vacib məsələlərdən biri də istehsalat təcrübələrinin keçirilməsidir. Tələbələr bölgələr üzrə müxtəlif müəssisələrdə istehsalat təcrübəsində olurlar. Saatlı rayonundakı “Agrarco” MMC, Şəmkir rayonu M. Musayev adına təsərrüfat, İsmayıllı rayonu “AzzaAqro” QSC, Neftçala rayonu “Qaraqaşlı Broyler” ASC, Ucar rayon “Müsüslü Quşçuluq Damazlıq” təsərrüfatı tələbələrin nəzəri biliklərini sınaqdan çıxardığı müəssisələrdəndir. ADAU-nun xarici ölkələrdə təcrübə keçən tələbələri də az deyil.

Hər il mühəndislik fakültəsinin tədris binasında ənənə şəklini alan “Məzun” yarmarkaları isə tələbə təhsil müəssisəni bitirəndən sonra da biganə qalmamağın göstəricisidir. Təkcə “Məzun - 2019” yarmarkasında 230-a yaxın müəssisə və təşkilat iştirak edib, 1124 vakant iş yeri təqdim olunub. 2019/2020-ci tədris ili üçün bakalavriat səviyyəsinə 1311, (948 nəfər yalnız dövlət sifarişli) magistratura səviyyəsinə 160 (94 nəfər yalnız dövlət sifarişli) tələbə qəbul olunması o deməkdir ki, ADAU da təhsil ən müasir standartlarla tədris edilir.

Bütün bunlarla yanaşı Aqronomluq fakültəsində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə "Gənc Aqronomlar Məktəbi” adlı layihənin ilk təqdimatı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Kənd Təsərrüfatı Nazirliyi aparatının müvafiq struktur bölmələri ilə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Ege Universitetində səfərdə olublar. Səfərdə Ege Universitetinin rektoru professor Necdet Budak, prorektorlar, fakültə dekanları ilə görüş keçirilib və ikili diplomların verilməsi ilə bağlı müzakirələr aparılıb.

Yüksəkixtisaslı baytar həkimləri yetişdirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Avropanın ən qabaqcıl universitetlərindən olan Latviya Təbiət Elmləri və Texnologiya Universiteti ilə əməkdaşlığı isə Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində baş tutub.

ADAU-da vaxtaşırı fermerlərə təlimlər keçirilməsi artıq öz bəhrəsini verir. Bu təlimlərdə heyvandarlığın inkişaf perspektivləri, mövcud problemlər və qarşıda duran vəzifələr müzakirə edilir, ən aktual məsələlərin həlli yolları göstərilir. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili layihəsi çərçivəsində “Qoyunlarda süni mayalanma və süngərləmə üsulu ilə bala alınma” təlimində isə Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçarın iştirak edib və mövzu barədə ən müasir yenilikləri səsləndiriblər.

Hazırda Universitetin beynəlxalq əlaqələri daha da genişlənib. Türkiyənin Dicle Universiteti, Portuqaliyanın Porto Universiteti, Polşanın Krakov Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında əməkdaşlıq müqavilələri imzalanıb və bu iş daim diqqətdə saxlanılır. “Erasmus+” proqramı çərçivəsində ADAU-nun 2 müəllimi Rumıniyanın Piteşti Universitetində bir həftəlik dərs keçiblər. Mövlanə Mübadilə Proqramı çərçivəsində 2019/2020-ci tədris ilində Türkiyənin müxtəlif universitetlərində 1 semestr təqaüdlü təhsil almaq istəyən 44 tələbə və 6 müəllimin sənədləri toplanıb, müraciətləri təmin edilib. Əczaçılıq ixtisası üzrə üçüncü kurs tələbəsi Surə Şıxəliyevanın və magistraturanın "Farmakoqnoziya” ixtisaslaşması üzrə birinci kurs magistrantı Nərgiz Rəhimovanın Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin Ərzurum Universitetində təhsil almaları da beynəlxalq əlaqələrin inkişafı deməkdir. Mövlanə Mübadilə Proqramı çərçivəsində bağçılıq kafedrasının dosenti Abbas İsmayılov mühazirə oxumaq üçün Türkiyənin Ərzurum Universitetində ezamiyyətdə olub. Almaniyanın “JD EAST” təcrübə proqramı ilə bağlanan müqavilə əsasında Azərbaycan Dövlət Aqrar Universitetinin 12 tələbəsinin 4 və 6 aylıq müddətdə Almaniyada tədris və istehsalat təcrübəsi keçmələri də sadalanan faktların dolğun tərkib hissəsidir. Bu günlərdə isə ABŞ-ın Oklahoma və Özbəkistanın Daşkənd Aqrar Universiteti ilə müqavilələr imzalanıb, təhsilin daha keyfiyyətli tədrisi üçün müzakirələr aparılıb.

ADAU-da maddi-texniki baza üzrə aparılan işlər də tələblərə uyğundur. Uzun illər baxımsız və acınacaqlı vəziyyətdə olan Tədris-təcrübə təsərrüfatının əsaslı şəkildə bərpası əslində tələbənin daha geniş təcrübə bazası ilə yanaşı, həm də bir tədqiqat mərkəzi qazanması deməkdir. Qısa müddət ərzində 30 baş iribuynuzlu damazlıq mal alınıb, ərazidəki əkin sahələrindən 40 ton arpa, 5,4 ton buğda və 3 ton qarğıdalı biçilib. 34 hektar sahədə şum işi görülüb, sahə əkinə hazır vəziyyətə gətirilib. Mövcud olan 1,5 hektar nümunəvi üzüm bağından məhsul toplanıb, tədris prosesində istifadə edilib, (dequstasiya, laboratoriya analizləri, emal prosesləri, saxlama və sair məqsədlər üçün) təsərrüfatın ərazisində fəaliyyət göstərən heyvandarlıq kompleksindəki heyvanları gündəlik yaşıl yem ilə yemləmək üçün 2 hektar ərazidə yonca səpini həyata keçirilib. Bundan başqa yay aylarında yeni tikinti layihələri də həyata keçirilib. Heyvan kəsimi sexi, 60 nəfərlik auditoriya və laboratoriyadan ibarət 1 mərtəbəli bina tikilib, avadanlıqlarla təchiz edilib və istifadəyə verilib, binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb, əraziyə yeni asfalt örtüyü salınıb. Həmçinin ərazidə mövcud olan müasir heyvandarlıq kompleksi üçün 1 ədəd otdoğrayan və 1 ədəd yemxırdalayan aqreqat alınıb. Qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində heyvanlar üçün yonca kipləri tədarük olunub. Ərazidə bir neçə il əvvəl istifadəyə verilən laboratoriya, anbarlar, qoyun tövləsi və digər binalar əsaslı təmir edilib. Yeni su anbarı və yay tədris auditoriyaları tikilib, istifadəyə verilib. Subartezian quyularının məhsuldarlığını artırmaq məqsədilə onların əsaslı təmiri işləri həyata keçirilib, ərazidəki işiq sistemi yenidən qurulub. 2 hektar sahədə yeni meyvə bağı salınması artıq reallaşmaq üzrədir.

Mühəndislik korpusunun geniş əraziyə malik, bərbad və acınacaqlı vəziyyətdə olan aşağı mərtəbəsinin otaqları əsaslı şəkildə təmir edilərək müasir formaya gətirilib. Beləliklə, korpusda 20-yə yaxın yeni auditoriya və laboratoriya yaradılıb, müasir avadanlıqlarla təchiz edilib ki, yeni tədris ilindən tədris məşğələləri burada keçirilir.

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris korpusunun 4-cü mərtəbəsi əsaslı təmir edilərək yeni tədris ilindən istifadəyə verilib.

2019-cu il sentyabrın 17-də ADAU eyniadlı yeni internet televiziyanın yaradılması da böyük maraqla qarşılanıb. ADAU TV-nin ilk efiri oktyabrın 1-də baş tutub. Bu televiziyanın yaradılması bir əsrlik şərəfli yol keçən Azərbaycan Dövlət Aqrar Universiteti üçün daha bir yenilik kimi tarixə düşüb. İnternet TV-nin yaradılmasında məqsəd baş verən yenilikləri daha geniş auditoriyaya yaymaq, tələbə həyatının bütün sahələrini əhatə etməklə debatlar, canlı verilişlər hazırlamaqdır. Bu tribuna ən əsası ADAU-nun təbliğində böyük rol oynayacaq. Aqrar təhsilin inkişafına dövlət qayğısının nəticəsi olaraq bazar rəqabətli kadr hazırlığından söhbət açacaq.

Qalib Rəhimlinin sözlərinə görə ki, Mərkəzi arxivin və ADAU-nun arxivinin sənədlərinə istinadən müəyyən edilib ki, 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla Bakı Politexnik İnstitutu təsis edilib, dekabrın 14-də bu institutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılıb, bununla da ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılıb.

1930-cu ilin dekabr ayında Respublikamızda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 10 illiyi ilə əlaqədar 1932-ci ildə AKTİ-nin dar çərçivədə yubileyi keçirilir, 50 çap vərəqi həcmində 1000 nüsxə (500-ü türk dilində, 500-ü rus dilində) yubiley toplusu Bakıda “Qızıl Şərq” mətbəəsində nəşr edilir. O dövrdə institutun tarixi təbii olaraq kənd təsərrüfatı fakültəsinin yarandığı ildən, yəni 1920-ci ildən hesablanırdı. Respublikamızda hazırda fəaliyyət göstərən bir neçə universitet də vaxtilə filial, fakültə və ya məntəqə kimi yaradılıb, onların yaradıldığı tarix birmənalı olaraq mütəxəssis hazırlığına başlanılması ilindən qəbul edilir.

1940-cı ildə Respublikamızda ali kənd təsərrüfatı təhsili üzrə mütəxəssis hazırlığının 20 illiyi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yubileyi keçirilib, kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətlərini nəzərə alaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İnstitutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və medalları ilə təltif edilib.

1950-ci ildə İnstitutun 30 illiyi ilə əlaqədar “SSRİ Ali Təhsil Nazirliyinin 10 aprel 1951-ci il tarixli əmrilə AKTİ-nin dar çərçivədə yubileyi keçirilib.

Vurğulanıb ki, Kənd Təsərrüfatı İnstitutunun inkişafı ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı ilə bilavasitə bağlıdır.

1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada yüksəkixtisaslı kadr hazırlığında və kənd təsərrüfatı elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq 1969-cu il iyulun 22-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “Səməd Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında” qərarı qəbul olunub, yubileyin keçirilməsi 1970-ci il dekabrın 14-nə təyin edilib, Mərkəzi Komitənin katibinin sədrliyi ilə 27 nəfərdən ibarət hökumət yubiley komissiyası yaradılıb və həmin qərardan irəli gələn müddəaların icrasını təmin etmək məqsədilə müvafiq orqan və təşkilatlara göstərişlər verilib.

Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri Z.Hüseynovanın 14 avqust 1969-cu il tarixli əmrində yubileyin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.

Beləliklə, 2020-ci il dekabr ayının 14-də zəngin tarixə və ənənələrə malik Azərbaycan Dövlət Aqrar Universitetinin 100 illiyi tamam olacaq. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ADAU rektorunun rəsmi məktubuna müsbət cavab verərək 2020-ci ilin dekabr ayında Azərbaycan Dövlət Aqrar Universitetin 100 illik yubileyinin keçirilməsinə icazə verib.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim olunan bu arxiv sənədlərinə istinadən Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun imzaladığı Azərbaycan Dövlət Aqrar Universitetinə məxsus 2019. 09.16 nömrəli (“ADAU-1920”) əmtəə nişanlı Şəhadətnamə bu günlərdə ADAU-ya daxil olub.

Sonda Qalib Rəhimli vurğulayıb ki, bir əsrə yaxın şərəfli yol keçən, zəngin ənənələri və elmi irsi olan Azərbaycan Dövlət Aqrar Universiteti bu vaxtadək, xüsusən də son illərdə Prezident İlham Əliyevin aqrar sektora göstərdiyi hər cür diqqət və qayğının nəticəsində müasir infrastrukturu, zəngin elmi, maddi-texniki bazası, çoxşaxəli beynəlxalq əlaqələri, müasir tədris və təlim mühiti, peşəkar, ixtisaslı kadrları, akademik heyəti və rəqabətqabiliyyətli məzunları ilə nəinki Azərbaycanın, o cümlədən bütün Qafqazın və Şərqi Avropanın ali ixtisaslı aqrar kadrlar hazırlayan ən böyük universitetinə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır