REGİONLAR


Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşı Latviyada səfərdədir

Gəncə, 14 fevral, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin bir qrup əməkdaşı Latviya Təbiət Elmləri və Texnologiyaları Universitetində səfərdədir.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər zamanı əməkdaşlar Latviya Təbiət Elmləri və Texnologiyaları Universitetində tədris təcrübə təsərrüfatı, baytarlıq klinikasının maddi-texniki bazası və imkanları ilə tanış olub, müvafiq dərslərdə iştirak edib və fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində professor İbrahim Cəfərov və əməkdaşlar universitetin rektoru, iqtisad elmləri doktoru, professor İrina Pilveri ilə görüşüblər. Görüş zamanı rektorlar əməkdaşlıq imkanlarını müzakirə edib, Erasmus proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi və təcrübələrin bölüşdürülməsi istiqamətində razılıq əldə ediblər.

Professor İrina Pilvere ADAU-ya səfərə dəvət olunub və dəvət razılıqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.