ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Dəniz Akademiyasının boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyinin Dövlət İmtahan Mərkəzinə müraciətinə əsasən, akademiyanın I ixtisas qrupu üzrə 139125 (injener po morskoy naviqatsii) və 139166 (injener po ekspluatatsii sudovıx enerqetiçeskix ustanovok) kodlu ixtisaslarının müsabiqəsində iştirak edə biləcək rus bölməsi üzrə abituriyent olmadığı üçün həmin ixtisasları Azərbaycan bölməsi üzrə imtahan vermiş (I qrup) abituriyentlərin (ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) seçə bilməsinə icazə verilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan ixtisaslar üzrə tədris Azərbaycan dilində aparılacaq.

Xatırladaq ki, boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 10-u saat 23:59-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.