ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət İqtisad Universiteti tələbə araşdırma mərkəzinin ilk seminarı olmuşdur

Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) beynəlxalq iqtisadi münasibətlər fakültəsinin nəzdində yeni yaradılmış tələbə araşdırma mərkəzinin ilk açıq seminarı keçirilmişdir.

ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası - gənc iqtisadçı sözü” mövzusuna həsr olunmuş seminarda çıxış edən tələbələr ölkə iqtisadiyyatı ilə bağlı apardıqları araşdırmaların təqdimatını keçirmişlər.

Məruzəçilər Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və inkişaf perspektivləri barədə çıxışlar etmiş, problemlərin həlli istiqamətində təkliflər irəli sürmüşlər. Tələbələr öz araşdırmalarında xüsusilə qeyri-neft sektoru, informasiya-kommunikasiya texnologiyaları, regionların sosial-iqtisadi inkişafı, təhsil, səhiyyə və turizm sahələrinə daha çox diqqət yetirmişlər.

Tədbirdə müzakirələr aparılmış, fəal iştirakçılar mükafatlandırılmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.