ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət İqtisad Universitetində UDİD proqramına start verilib

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitet Daxili İki Diplom (UDİD) proqramına start verilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqrama qoşulan tələbələr qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr diplomu ala biləcəklər. 700 bal toplayaraq UNEC-ə daxil olmuş abituriyentlər UDİD proqramına ödənişsiz qoşulacaq. 600 və daha yüksək bal toplayanlar isə proqram üzrə təhsil haqqının 50 faizini ödəyəcəklər.

UDİD proqramına II kursdan (təhsilin üçüncü semestri) müraciət edilir. Tələbənin təhsil müddəti ərzində ayrı-ayrı fənlər üzrə göstəricisi 71-100 bal arasında olmalıdır.

Tələbə UDİD proqramında birinci ixtisasın tədris dili ilə yanaşı, digər tədris dilləri üzrə də (Azərbaycan, türk, ingilis, rus) iştirak edə bilər.

UDİD proqramına sənəd qəbulu iyunun 30-dan avqustun 15-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.