ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə virtual infotur təşkil edilib

Bakı, 8 iyul, AZƏRTAC

Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə həsr olunmuş videokonfrans keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi abituriyentlərə gələcək ixtisas və ali məktəb seçimlərində yaxından kömək göstərmək, rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə onların suallarının universitet nümayəndələri tərəfindən cavablandırılmasına şərait yaratmaqdır. Həmçinin ali təhsil müəssisələrinin ixtisaslaşdığı istiqamətlər üzrə tələbələr üçün yaradılan şərait və imkanları abituriyentlərə təqdim etməkdir.

Mədəniyyət və İncəsənət Universitetinin onlayn təqdimatına həsr olunan tədbirdə ali məktəbin tədris işləri üzrə prorektoru Validə Məmmədova, elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, mətbuat katibi Elçin Cəfərov, Teatr sənəti, Kino və televiziya, Rəssamlıq, Musiqi sənəti, Kulturologiya fakültələrinin dekanları Ellada Hüseynova, Elnur Mehdiyev, Sevil Kərimova, Nərmin Qaralova, Vasif Adilov, həmçinin “SABAH” qruplarının rəhbəri Böyükxanım Məmmədbəyova iştirak ediblər. ADMİU-nun nümayəndələri universitetin tarixi, strukturu, fəaliyyət istiqamətləri haqqında məlumat verib, sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.