ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Əsgərə məktub!” layihəsinə qoşulub

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşulub.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, eləcə də universitetin müəllim və tələbə heyəti “ASAN xidmət” mərkəzində olub, ərazi bütövlüyümüz uğrunda döyüşən qəhrəman əsgərlərimizə məktublar ünvanlayıblar. Məktublarda düşmənə qarşı rəşadətlə döyüşən hərbçilərimizə minnətdarlıq ifadə olunan səmimi ürək sözləri yazılıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada iştirak edən ADNSU əsgərlərə maddi dəstəklə yanaşı, mənəvi dəstək göstərilməsini daim diqqətdə saxlayır. Bundan öncə ADNSU Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürüb. Həmçinin universitetin əməkdaşları könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb və cəbhə bölgəsində əsgərlərlə görüşüb yardım aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.