ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qdansk Universiteti ilə əməkdaşlığa başlayıb
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Polşanın Qdansk Universiteti arasında onlayn formatda görüş keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tərəflər arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı qeyd edib ki, rəhbəri olduğu universitet qabaqcıl təhsil müəssisələri ilə əməkdaşlığa, təcrübə mübadiləsinə hər zaman hazırdır.
Görüş zamanı yaxın günlərdə universitetlərin mütəxəssislərinin prioritet sahələri müəyyənləşdirəcəkləri qeyd olunub. Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Qdansk Universitetinin rektoru, professor Piotr Stepnovskinin memorandum imzalayıblar.