ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Vyetnam şirkəti ilə birgə üçcildlik elmi kitab hazırlayır

Bakı, 5 iyun, AZƏRTAC

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Vyetnamın “Vietsovpetro” şirkəti üçcildlik elmi kitab hazırlayır.

İyunun 5-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı Vyetnamın “Vietsovpetro” müştərək şirkətinin qaz obyektlərinin direktoru Do Man Xunq və müşaviri Mübariz Vəliyevlə görüşüb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı Vyetnamla əməkdaşlıq əlaqələrindən danışıb, akademik Azad Mirzəcanzadənin 90 illiyi münasibətilə Azərbaycan və Vyetnam dillərində birgə kitabın hazırlanmasının əhəmiyyətini vurğulayıb.

ADNSU-nun məzunları olan Do Man Xunq və Mübariz Vəliyev akademik Azad Mirzəcanzadənin yubileyinə həsr olunan kitabla bağlı hazırlıq işlərindən bəhs ediblər. Onlar ADNSU ilə birgə layihələrin həyata keçirilməsinə maraq göstərdiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.