ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azİİ e-Kitab Evi 24/7 rejimində fəaliyyətini bərpa edir

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tələbələrinin istəyi ilə ADNSU-nun Azİİ e-Kitab Evi oktyabrın 20-dən etibarən yenidən 24/7 rejimində fəaliyyət göstərəcək.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, ADNSU-nun tələbələri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 94,6 faizi Azİİ e-Kitab Evinin 24/7 rejimində fəaliyyətinin bərpa olunmasını istədiklərini qeyd edib.

Gecə növbəsinə gəlmək istəyən tələbələr ilk növbədə Azİİ e-Kitab Evinin elektron qeydiyyatından keçərək, istifadəçi adı və şifrə almalıdırlar. Həmin şifrələrlə Kitab Evinin səhifəsinə daxil olub, “Oxucuların rezervasiyası” hissəsində qeydiyyatdan keçməli, bir gün öncədən öz yerlərini və onlara lazım olan kitabı, yaxud digər materialı sifariş etməlidirlər. Maraqlananlar və qeydiyyata düşmək istəyənlər Kitab Evinin qeydiyyat şöbəsinə yaxınlaşıb, elektron qeydiyyata düşüb, onları maraqlandıran suallara cavab ala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.