ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan onlayn tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı 15 İyun-Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb.

Milli Məclisin deputatı, professor Musa Qasımlı ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqlarına, Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu unudulmaz tarixdən başlayaraq müasir, demokratik və böyük güclərin hesablaşacağı sarsılmaz müasir Azərbaycan dövlətinin əsası qoyulub, Azərbaycanın iqtisadi inkişafının təməl prinsipləri yaradılıb.

ADNSU-nun Humanitar fənlər kafedrasının professoru Camal Mustafayev Heydər Əliyevin zəngin fəaliyyətindən, Azərbaycanın müstəqillik qazanması və inkişafı naminə apardığı gərgin mücadilədən bəhs edib. Bildirib ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, nümunəvi vətəndaşlıq mövqeyi və xalqımız qarşısındakı xidmətlərini müəllim olaraq qürurla yeni nəslə çatdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.