ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “UniLab” layihəsi çərçivəsində onlayn müzakirə

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşı olduğu şirkətlər ilə “UniLab” layihəsi çərçivəsində onlayn fokus qrup müzakirə (focus group discussion) keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, 20-dən çox dövlət və özəl müəssisə rəhbərləri və əməkdaşlarının iştirak etdiyi onlayn tədbirdə tələbə və məzunların istehsalat təcrübəsinə cəlb olunması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı kimi məsələlərin əsas aspektləri müzakirə olunub.

Tədbirdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov, Beynəlxalq əlaqələr üzrə prorektorun müavini Ülviyyə Abbasova, habelə

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Emin Bəylərov, “Azercell” şirkətinin İnsan kapitalının idarə edilməsi departamentinin mütəxəssisi Leyla Tağıyeva çıxış ediblər.

Çıxışlarda “UniLab” layihəsi haqqında məlumat verilib, şirkətlərlə əməkdaşlığın ali təhsil ocağının prioritet istiqaməti olduğu vurğulanıb. Həmçinin təcrübə proqramlarının tələbələrin səriştələrə yiyələnməsində əhəmiyyətindən danışılıb. Şirkətlərlə əməkdaşlıqda təlim və treninqlərin intensiv şəkildə keçirilməsinin vacibliyi qeyd edilib.

Müzakirə zamanı tələbə və məzunların şirkətlərə təcrübəyə cəlb olunması və işlə təmin olunması istiqamətindəki çatışmazlıqlara da toxunulub.

Qeyd edək ki, ADNSU Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə universitetdən əmək bazarına: işə qəbulolunmada bir addım irəli” layihəsinə yanvarın 1-dən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada - ali təhsil sektorunun modernləşməsinə töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.