ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində birinci kurs tələbələri ilə görüş

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Qaz-neft-mədən fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüş koronavirus (COVID-19) pandemiyası dövründə tətbiq edilən qaydalara uyğun şəraitdə təşkil olunub.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı tələbə adını qazanmış gəncləri təbrik edib, onlara universitetdəki təhsil və tədris sistemi, biliyin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat verib.

Müasir texnoloji imkanların ADNSU-da geniş tətbiq olunduğunu vurğulayan rektor bu yeniliklərin tələbələrin təhsilalma şəraitini daha da əlçatan etdiyini deyib. Qeyd edib ki, ADNSU-da yaradılan Unibook – “Elektron Universitet” sistemi dərs vəsaitlərinin maneəsiz tələbələrə çatdırılması, onların biliyinin qiymətləndirilməsi və digər bu kimi məsələlərin vahid mərkəzdən idarə edilməsini təmin edən elektron platformadır.

Professor M.Babanlı, eyni zamanda, tələblərə COVID-19 infeksiyasından qorunmağı tövsiyə edərək, tədris zamanı hər bir tələbənin tibbi maskadan istifadə etməsinin, sosial məsafənin gözlənilməsinin və gigiyena qaydalarına ciddi əməl etməsinin vacibliyini vurğulayıb.

Görüşdə müvafiq fakültələrin dekanları – dosent Naməd Paşayev, professor Qafar İsmayılov, ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev universitetin inkişaf mərhələləri, mərkəzlərin fəaliyyəti, xüsusi dərnək bölmələri, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, TEAMS platformasından istifadə qaydaları və digər bu kimi məsələlər haqqında məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.