ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi fəaliyyətin gələcək inkişafı müzakirə olunub

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi şurasının növbəti iclası keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Mustafa Babanlı onlayn formatda keçirilən iclasda ali təhsil ocağında tədrisin pandemiya vəziyyətində də yüksək səviyyədə həyata keçirildiyini deyib. ADNSU-nun 2021-2030-cu illər üçün qısa, orta və uzunmüddətli inkişaf strategiyasından danışan rektor Mustafa Babanlı bu müddət ərzində universitetin elmi fəaliyyətinin bütün istiqamətlər üzrə inkişafından söz açıb. ADNSU-nun tədqiqat universiteti olaraq qarşısında çox böyük bir missiya olduğunu qeyd edərək bu istiqamətdə görüləcək işlər haqqında məlumat verib. İclasda universitetin 2020-2021-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı bəzi məsələlər və statistik məlumatlar təhlil olunub.

Sonra tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2020-2021-ci tədris ilinin yaz semestrində təhsilalanların qiymətləndirilməsi haqqında məlumat verib. Magistraturanın dekanı, dosent Əzizağa Qurbanov ADNSU-da magistr hazırlığının vəziyyəti, doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova ali təhsilin doktorantura səviyyəsində tətbiq ediləcək yeniliklər barədə, assistent Elviz İsmayılov Startap və İnnovasiya Mərkəzi haqqında məlumat verib, həmçinin Energetika fakültəsinin illik hesabatı təsdiq olunub.

Gündəliyə uyğun olaraq iclasda universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “YAŞAT” Fonduna ADNSU adından ianələrin keçirilməsi və Vətən müharibəsində şəhid olan məzunlarımızın ailələrinə və qazilərimizə qayğı göstərilməsi işinin təşkili, bu istiqamətdə yaradılmış komissiyanın fəaliyyəti haqqında ilkin hesabat verib.

Sonra gündəlikdə olan digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rektor Mustafa Babanlı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.