ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universiteti 1340 əlavə təqaüd yeri alıb

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının iclası keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən universitetin rektoru, elmi şuranın sədri, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin sosial sahə ilə bağlı imzaladığı sərəncam və fərmanların əhəmiyyətindən danışıb. Qeyd olunub ki, qəbul edilən qərarlar aztəminatlı ailələrdən olan tələbələrin də sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir edir. ADPU 1340 əlavə təqaüd yeri alıb. Həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu da bu təbəqədən olan tələbələrin sosial vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər gerçəkləşdirir. Rektor Cəfər Cəfərov deyib: “Biz orta məktəblərlə əlaqələri genişləndirməli, xüsusilə də şagirdlər üçün psixoloji xidmətin təşkili sahəsində sıx əməkdaşlıq etməliyik. Azərbaycan rəhbərliyinin strateji kursu ölkənin müasirləşməsidir. Biz öz müsbət fəaliyyətimizlə bu strateji kursa dəstək verməliyik. Müasir dövrdə universitetlərin hədəfi, missiyası dəyişib. Ali təhsil müəssisələri insan kapitalının inkişaf etdirilməsində əsas rol oynamalıdır. Universitetlər tədris və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaqla yanaşı, mədəniyyət mərkəzi olmalıdır. Biz bunun üçün əzmlə, fədakarlıqla çalışmalıyıq”.

Elmi şuranın iclasında insan resursları şöbəsinin müdiri Qumral Qədimova, fizika və texnologiya fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov hesabat məruzələri ilə çıxış ediblər.

Professorlar Nizami Xudiyev, Malik Cəbrayılov, Himalay Qasımov, Zahid Xəlil, İramin İsayev, Nailə Verdizadə və başqaları tədris prosesinin daha səmərəli qurulması, tədris planlarının təkmilləşdirilməsi və xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi üçün təkliflər irəli sürüblər.

Sonra cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.