ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Ankara Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Ankara Universiteti arasında akademik Əməkdaşlıq Protokolu imzalanıb.

Universitetin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, ADPU-nun rektoru professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfər çərçivəsində Ankara Universitetində olub, rektor professor Necdet Ünüvarla görüşüblər.

Daha sonra tərəflər arasında akademik və elmi mövzularda təcrübə mübadiləsini, professor-müəllim heyətinin və tələbələrin mübadiləsini, birgə elmi-tədqiqat layihələrinin və elmi görüşlərin təşkilini əhatə edən protokolun imzalanma mərasimi keçirilib.

Ankara Universitetinin rektoru professor N.Ünüvar təhsili həyatın əsas vəzifələrindən biri kimi gördüklərini ifadə edib: “Təhsil hər şeyin başlanğıcıdır. Çünki etdiyimiz hər şey insanla bağlıdır. Ona görə də, insan yetişdirmək ən dəyərli vəzifələrdən biridir. İnşallah, Ankara Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında imzalanan protokol həm Türkiyə, həm Azərbaycan, həm də insanlıq üçün xeyirli işlər görməyə imkan verəcək”.

ADPU-nun rektoru professor C.Cəfərov vurğulayıb ki, Qarabağın işğaldan azad edildiyi 44 günlük müharibə nəticəsində daha da möhkəmlənən Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı hər sahədə inkişaf etdirilməlidir.

“Bu gün burada imzalayacağımız protokolun və bundan sonra görəcəyimiz işlərin həm universitetlərimizə, həm tələbələrimizə, həm ölkələrimizə, həm də bəşəriyyətə faydalı olacağına inanıram”, - deyə professor C.Cəfərov vurğulayıb.

Daha sonra rektorlar akademik əməkdaşlıq protokolunu imzalayıblar.

İmzalanma mərasiminin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Həmçinin rektor Ünüvar, Ankara Universitetində doktorluq təhsili alan Pedaqoji Universitetin prorektoru dos. Eldar Aslanova döş nişanı da təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.