ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Hacettepe Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində növbəti görüş Hacettepe Universitetinin rəhbərliyi ilə keçirilib.

Universitetin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə heyətlərin tanışlıq görüşü keçirilib və əməkdaşlıq imkanları müzakirə olunub.

Növbəti görüşdə isə ADPU nümayəndə heyəti Hacettepe Universitetinin Təhsil fakültəsində olub, burada təlim-tədris şəraiti ilə bağlı ətraflı məlumatlandırılıblar.

Görüşdə ADPU-nun nümayəndə heyətindən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, prorektorlar dosent Eldar Aslanov, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Hacettepe Universitetindən isə rektor professor Mehmet Cahit Guran, prorektor professor Vural Gökmen və Xarici əlaqələr şöbəsinin müdiri professor Selim Latif Sanin iştirak ediblər.

Məhsuldar görüşün yekununda rektorlar tərəfindən gələcək akademik və tələbə mübadiləsi, habelə elmi-pedaqoji əməkdaşlıq imkanlarını əhatə edən anlaşma memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.