ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin Danimarkada təhsillərini davam etdirmək imkanı

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 5 tələbəsi üçün 2021/2022-ci tədris ilinin payız semestri müddətində Danimarkada təhsillərini davam etdirmək imkanı yaradılıb. Onlar bu imkanı Danimarkanın Kopenhagen Universitet Kolleci ilə ADPU arasında mövcud ikitərəfli “Erasmus+” mübadilə proqramına əsasən əldə edə bilərlər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, müsahibələr mart ayında onlayn formatda keçiriləcək. Seçilən namizədlərin onlayn qeydiyyatı isə apreldə aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.