ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universitetində “Batalyon” filmi nümayiş olunub

Bakı, 3 dekabr, AZƏRTAC 

Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrində keçirilən “Azərbaycan kinosu günləri” çərçivəsində dekabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Batalyon” filmi nümayiş etdirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, filmin nümayişindən əvvəl sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev Azərbaycan kinosunun böyük və şərəfli inkişaf yolundan danışıb. Prorektor ali təhsil müəssisələrində “Azərbaycan kinosu günləri”nin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. O, belə tədbirlərin tələbələrin vətənpərvər ruhda tərbiyə olunmasına müsbət təsir göstərdiyini qeyd edib.

Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin məsləhətçisi Elşad Ərşadoğlu “Batalyon” filmi haqqında məlumat verib. O qeyd edib ki, filmi fərqləndirən başlıca xüsusiyyət rejissor Nizami Abbasın Qarabağ uğrunda gedən döyüşlərin canlı şahidi və iştirakçısı olmasıdır. Filmin əsasında real həyat hadisələri, döyüşlərin iştirakçısı olmuş insanlar dayanır. Bu da filmin təsir gücünü daha da artırır.

Sonra tədbir iştirakçıları “Batalyon” filminə baxıblar.

“Azərbaycan kinosu günləri” dekabrın 6-na kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam edəcək, dekabrın 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.