ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universitetində Sağlam təhsil-“SABAH” auditoriyası açılıb

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyinin “SABAH” qrupları və “Sağlam təhsil-sağlam millət” layihələrinin birgə əməkdaşlığı ilə Sağlam təhsil-“SABAH” auditoriyasının açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ADPU-nun rektoru Cəfər Cəfərov, “SABAH” qrupları İcra komitəsinin rəhbəri Şahin Seyidzadə, Milli Təhsil Texnologiyaları Mərkəzinin direktoru Şamil Süleymanlı, universitetin əməkdaşları iştirak ediblər.

Mərasimdə bildirilib ki, ali təhsil müəssisəsinin “SABAH” qruplarının ibtidai sinif müəllimliyi ixtisası üçün nəzərdə tutulan auditoriya “Sağlam təhsil – sağlam millət” layihəsinin konsepsiyasına uyğun təchiz edilib. Tələbələrin yeni təhsil texnologiyaları ilə birbaşa istifadə zamanı tanış olmaları məqsədilə auditoriyanın təchizatı bu formada qurulub. Müvafiq tədris tələbələrin təhsil keyfiyyətini yüksəldir, onlara yeni bilik və bacarıqlar aşılayaraq dərslərin sağlam təhsil modeli üzrə aparılmasına imkan yaradır. Sağlam təhsil auditoriyası “SABAH” tələbələri üçün müasir təhsil laboratoriyası qismində çıxış edir.

Qeyd edilib ki, hər iki layihənin beşillik birgə fəaliyyəti çərçivəsində “SABAH” tələbələri üçüncü tədris ilinin qış tətili dövründə plandan kənar olaraq ümumtəhsil məktəblərində sağlam təhsil siniflərində təlimlərdə iştirak edir, ikihəftəlik təcrübəyə cəlb olunur, bu siniflərin quruluş və iş prinsipləri ilə yaxından tanış olurlar.

Bu müddət ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 97 “SABAH” tələbəsi sağlam təhsil siniflərində pedaqoji təcrübəyə cəlb olunub.

Layihələrin birgə reallaşdırılması əmək bazarının tələblərinə uyğun savadlı, bacarıqlı, hazırlıqlı mütəxəssisləri formalaşdırıb fiziki-psixi və mənəvi cəhətdən sağlam, yüksək təlim və yaradıcılıq qabiliyyətinə malik proqressiv vətəndaşın yetişməsinə imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.