ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb

Bakı, 9 yanvar, AZƏRTAC 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktoranturaya və dissertanturaya qəbul başlanıb.

ADPU-dan AZƏRTAC-a bildiriblər ki, müxtəlif ixtisaslar üzrə 18 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 9 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 7 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılıb.

Universitetin rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə sənəd qəbulu komissiyası yaradılıb və 2018-ci il dekabrın 7-dən 25-dək ADPU-da sənəd qəbulu keçirilib. Bu dövrdə komissiyaya 45 nəfər sənəd təqdim edib. Onlardan 33-ü fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya, 7-si fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, 5-i isə elmlər doktoru hazırlığı üzrə dissertanturaya sənəd verib.

Yanvarın 7-dən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya müsahibələr başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.