ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universitetində şəhidlər haqqında fotoslaydlar nümayiş olunur

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin və Azərbaycanın bu savaşda əldə etdiyi tarixi Zəfərin ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində sentyabr ayından əsas tədris binasının foyesində və yeməkxanasındakı monitorlarda universitetin Birinci Qarabağ və Vətən müharibələrində şəhid olan və xüsusi qəhrəmanlıqlar göstərən tələbə və məzunları haqqında fotoslaydlar nümayiş edilir. ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan fotoslaydlar gün ərzində nümayiş olunur və tələbələr maarifləndirilir.

Fotoslaydlarda müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olmuş ümumilikdə 42 nəfər haqqında məlumat təqdim edilir. Onlardan 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 1-i “Zəfər”, 4-ü “Azərbaycan Bayrağı” ordenləri ilə təltif edilib. Onların 29-u (7-si ADPU nəzdində ADPK-nın tələbə və məzunlarıdır) Birinci Qarabağ müharibəsi şəhidi, 12-si (2-si universitetin Şamaxı filialının, 1-i Ağcabədi filialının, 3-ü ADPK-nın tələbə və məzunlarıdır) isə Vətən müharibəsi şəhididir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.