ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Açıq qapı günü”

Bakı, 22 yanvar, AZƏRTAC 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə valideynlərin iştirakı ilə “Açıq qapı günü” keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, filialda imtahan sessiyasının keçirilməsi prosesi ali təhsil ocağının rəhbərliyi tərəfindən müasir innovativ tələblərə uyğun qaydada, mərkəzləşdirilmiş formada təşkil edilib.

Filialın direktoru, dosent Yusif Alıyev valideynləri müşahidə-izləmə monitorlarının iş prinsipi ilə tanış edib. O, həmçinin yüksəkixtisaslı pedaqoji kadrlar hazırlamaqda valideyn dəstəyinə böyük ehtiyac olduğunu və Filial-Valideyn Şurasının (Assosiasiyası) yaradılmasının vacibliyini bildirib.

Valideynlər imtahanların obyektiv və şəffaf keçirilməsindən məmnun olduqlarını vurğulayıblar.

Görüşdə filialın İmtahan Qərargahının sədri, tarix üzrə fəlsəfə doktoru, tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov, imtahan-münaqişə komissiyasının üzvü, pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov valideynlərlə birlikdə imtahan izləmə kameraları vasitəsilə imtahan prosesini müşahidə ediblər.

Sonda direktor valideynləri, KİV nümayəndələrini, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələrini təşkil olunacaq növbəti “Açıq qapı” günlərində iştirak etməyə, imtahan sessiyasını yaxından izləməyə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.