CƏMİYYƏT


Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maarifləndirmə istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirərək bu görüşü universitetin həyatında əlamətdar hadisə olduğunu qeyd edib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tələbələrlə görüşündə ölkəmizin müstəqillik tarixi haqqında geniş məlumat verib. Dövlət müstəqilliyimizin bərpası xalqımız üçün böyük dəyərdir. “Tariximizlə qürur duymağa haqqımız var. Azərbaycan xalqı hər zaman öz mənəvi dəyərlərini qoruyub saxlamağı bacarıb”,- deyə komitə sədri vurğulayıb.

Respublikamızda mövcud olan dövlət-din münasibətləri haqqında da geniş məlumat verən DQİDK sədri diqqətə çatdırıb ki, bu sahədə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu nümunəvi siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Mübariz Qurbanlı onu da deyib ki, Azərbaycan dünyəvi, demokratik, hüquqi dövlətdir. Dünyəvilik Konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə təşkil olunub.

Eyni zamanda, Komitə sədri Azərbaycanda ölkə əhalisinin 96 faizinin mənsub olduğu İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinin də qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Vurğulayıb ki, respublikamızda 35 qeyri-islam dini icması rəsmi qeydiyyatdan keçib.

Xurafatın təsirinə düşməməsi üçün gənclərin dini bilikləri doğru mənbələrdən əldə etmələrinin vacibliyinə toxunan Mübariz Qurbanlı bu istiqamətdə tələbələrə tövsiyələrini verərək onların yad dini ideologiyaların təsirindən qorunması üçün mili-mənəvi dəyərlərə bağlı olmalarının önəmini vurğulayıb.

Sonda komitə sədri tələbələrin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.