MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Rəsm Qalereyası virtual sərgi təşkil edib

Bakı, 6 aprel, AZƏRTAC

Aprelin 6-da Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində “Evim, gözəl evim” virtual sərgi təşkil edib.

AZƏRTAC xəbər verir ki, qalereya sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir. Virtual sərgi müxtəlif texnikada və məişət mövzusunu əhatə edən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarətdir.

Sərgidə Adil Hacıyev, Hafiz Zeynalov, Qafar Seyfullayev, İbrahim Rzayev, Məmməd Mustafayev, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Niyaz Nəcəfov, Fuad Qafarov, Cahangir Rüstəmov, Çingiz Fərzəliyev, Ağa Mehdiyev, Fikrət Bağırov, Həsən Haqverdiyev, Faiq Ağayev kimi rəssamların əsərləri yer alır.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.