MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Rus Dram Teatrının mart ayı üçün repertuarı maraqlı tamaşalarla zəngindir VİDEO
Bakı, 19 fevral (AZƏRTAC). Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının mart ayı üçün repertuarı maraqlı tamaşalarla zəngindir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 1-də və 30-da M.Lermontovun “Maskarad”, ayın 2-də M.F.Axunzadənin “Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, 6-da A.Ostrovskinin “Qurdlar və qoyunlar” tamaşaları nümayiş etdiriləcəkdir.
Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi martın 7-də E.Şmittin “Pozğun”, ayın 8-də M.Zadornovun “Ər almaq istəyirəm”, 9-da V.Siqarevin “Yalan detektoru” tamaşalarını göstərəcəkdir.
R.Baerin “Qarışıq hisslər” əsəri martın 13-də, F.Dostoyevskinin eyniadlı əsəri əsasında hazırlanmış “Karamazov qardaşları” ayın 14-də göstəriləcəkdir.
Teatrsevərlər martın 15-də K.Qoldoninin “Mirandolina”, ayın 16-da R.Kuninin “Həddindən artıq evli taksi sürücüsü”, 20-də Elçinin “Cəhənnəm sakinləri” əsərinə baxa bilərlər.
Martın 21-də M.Kamolettinin “Ah, bu Anna”, ayın 22-də A.İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, 23-də V.Stanilovun “Opera Mafiozo” tamaşaları göstəriləcəkdir.
Teatrın kollektivi martın 27-də O.Yernevin “Yeni il gecəsində məhəbbət intriqaları” komediyasını, ayın 28-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış tamaşasını, 29-da C.Ostinin “Qürur və qərəz” əsərini oynayacaqdır.
Teatrın kollektivi həmişə olduğu kimi, mart ayında da balaca tamaşaçıları unutmamışdır.
Martın 1-də A.Nikuşinanın “Güləbətin tikən qız və süpürgəçi” müzikli təqdim ediləcəkdir. Martın 2-də və 9-da A.S.Puşkinin “Çar Saltan, onun oğlu şərəfli və cəsur pəhləvan knyaz Qvidon və gözəl şahzadə Sona haqqında nağıl”ı əsasında hazırlanmış “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ın premyerası olacaqdır.
Balaca tamaşaçılar V.Reznikovanın “Maşa və Ayı” və “Durna balığının buyruğu ilə” tamaşalarına müvafiq olaraq martın 8-də və 15-də, Y.Şutskinin “Morozko” nağılına isə martın 16-da baxa bilərlər.