MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olunub

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti Seçim Turları başa çatıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ictimai-siyasi, elmi-texniki, təhsil, turizm, maliyyə, iqtisadiyyat, ilahiyyat, tibb, hüquq, sosial, mədəniyyət sahələri və dillər üzrə (ingilis, türk, ərəb, alman, rus, fransız, italyan, Çin və ivrit) turlardan uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.

Mərkəzin İdarə Heyətinin sədr müavini, Seçim Turunun rəhbəri Vilayət Hacıyev sertifikatların təqdimat mərasimində turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkarların aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin inkişafına əlamətdar töhfələr verəcəyini, ölkənin dil və tərcümə sahəsində, tədricən də olsa, nizam yaradacağını bildirib.

2019-cu ilin I rübü üzrə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sertifikatına 13 tərcüməçi layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.