MƏDƏNİYYƏT


Azərbaycan Dubayda keçirilən “Ümumdünya yaradıcı iqtisadiyyat konfransı”nda təmsil olunur

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədri Vasif Eyvazzadə və nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov cari ilin dekabrın 7-dən 9-dək Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində “Ümumdünya yaradıcı iqtisadiyyat konfransı 2021”də iştirak edirlər.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində “İndi və sonra: yaradıcı iqtisadiyyatın təkamülü”, “Qlobal yaradıcı şəhərlərin qurulması”, “Mədəniyyət və yaradıcı sənayelərin (MYS-lərin) qlobal gündəliyi: 11 başlıca addım”, “Şəhər planlaşdırması və MYS sektorlarının yerləşdirilməsi”, “Yaradıcı dözümlülük”, “Yeni inklüziv yaradıcı dünya üçün dərslər”, yaradıcı təhsil, texnologiya transformasiyası, süni intellekt və digər mövzularda sessiyalar keçirilir.

Bu ilin BMT tərəfindən “Dayanıqlı inkişaf naminə Yaradıcı İqtisadiyyat İli” elan olunduğunu nəzərə alaraq, “Kreativ Azərbaycan” platforması və yaradıcı iqtisadiyyatın inkişafı ilə əlaqədar fikir mübadiləsinin aparılması gözlənilir.

Qeyd edək ki, forum çərçivəsində dekabrın 9-da yüksək səviyyəli Nazirlər Paneli keçiriləcək. Sözügedən paneldə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun iştirakı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.