İQTİSADİYYAT


Azərbaycan Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində geniş proqramla təmsil olunacaq

Bakı, 10 sentyabr (AZƏRTAC). Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sentyabrın 10-12-də Çin Xalq Respublikasının Tiançin şəhərində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ sahibkarlıq, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, yüksək texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahədə hökumətin rolu kimi məsələlər müzakirə olunacaq.

Sammit çərçivəsində Azərbaycan üçün prioritet hesab olunan və BMT-nin Baş Assambleyasının qətnamələri ilə siyasi dəstək almış “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) və ölkəmizin təşəbbüsü ilə yaradılan “Avrasiya Rabitə Alyansı” (Eurasian Connectivity Alliance-EuraCA) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılması ilə bağlı danışıqlar aparılacaq.

Nazir Əli Abbasov, həmçinin digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək, BMT Baş katibi yanında yaradılan Genişzolaqlı İnkişaf üçün Komissiya ilə birlikdə 2015-ci il yanvarın 22-də Davosda keçirilməsi planlaşdırılan sessiyaya hazırlıq və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə bu ili dekabrın 2-də keçiriləcək “Bakutel-2014” sərgi-konfransı ilə bağlı müzakirələrdə iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.