İDMAN
Azərbaycan “Eurobike” sərgisində VİDEO
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də sərgidə velosiped və bu idman növü üçün zəruri olan ləvazimatların istehsalı ilə məşğul olan aparıcı şirkətlər iştirak ediblər.
Ümumilikdə 703 şirkətin təmsil olunduğu “Eurobike” sərgisində Hollandiyanın məşhur “BBB” şirkətinin stendində Azərbaycanın şose velosipedi üzrə yığmasının və “Synergy Baku” kontinental komandasının üzvü Elçin Əsədovun fotosunun, habelə komandamızın üzərində tarixdə ilk dəfə 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının rəsmi loqosu, Bakı və Azərbaycan sözləri həkk olunan idman köynəyinin nümayiş etdirilməsi olub.
Son illər ölkəmizdə velosiped idmanına olan marağın durmadan artması, velosipedçilərimizin nüfuzlu yarışlarda uğurlu nəticələr qazanması velosiped və velosipedçilər üçün müxtəlif ləvazimatlar istehsal edən şirkətlərin də diqqətindən yayınmır. Bu baxımdan “BBB” şirkətinin azərbaycanlı velosipedçini və komandamızın geyim formasını öz siması kimi təqdim etməsi olduqca qürurvericidir.