SİYASƏT


Azərbaycan Fransa Gənclik Assosiasiyası beynəlxalq festivalda iştirak edəcəkdir

Bakı, 16 oktyabr (AZƏRTAC). Azərbaycan Fransa Gənclik Assosiasiyası oktyabrın 20-dən 23-dək Savua regionunun Albertvil şəhərində keçiriləcək X “Le Grand Bivouac” beynəlxalq festivalında iştirak edəcəkdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyaya “səyahət” məqsədi daşıyan və müxtəlif mədəniyyətlərin, adət - ənənələrin nümayiş olunacağı festivalda yetmişə yaxın tədbir, konfrans, debatlar, sərgi və təqdimatların, tamaşa və animasiyaların təşkili nəzərdə tutulmuşdur.

Festivalda Azərbaycanı Paris VIII Universitetinin tələbəsi Vüsalə Məmmədzadə, Paris X Universitetinin tələbəsi Kəmalə Gülməmmədova, Dauphine Universitetinin tələbəsi Fidan Əhmədova və Angers Universitetinin tələbəsi Könül Rəfiyeva təmsil edəcəklər. Tamaşaçılara milli rəqslər təqdim olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.