SİYASƏT
Azərbaycan Fransa Gənclik Assosiasiyası beynəlxalq festivalda iştirak edəcəkdir
Bakı, 17 oktyabr (AZƏRTAC). Azərbaycan Fransa Gənclik Assosiasiyası oktyabrın 20-dən 23-dək Savua regionunun Albertvil şəhərində keçiriləcək X “Le Grand Bivouac” beynəlxalq festivalında iştirak edəcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyaya “səyahət” məqsədi daşıyan və müxtəlif mədəniyyətlərin, adət-ənənələrin nümayiş olunacağı festivalda yetmişə yaxın tədbir, konfrans, debatlar, sərgi və təqdimatların, tamaşa və animasiyaların təşkili nəzərdə tutulmuşdur.
Festivalda Azərbaycanı Paris VIII Universitetinin tələbəsi Vüsalə Məmmədzadə, Paris X Universitetinin tələbəsi Kəmalə Gülməmmədova, Dauphine Universitetinin tələbəsi Fidan Əhmədova və Angers Universitetinin tələbəsi Könül Rəfiyeva təmsil edəcəklər. Tamaşaçılara milli rəqslər təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.03.2024 [14:40]
Qazaxıstanda yaşayan soydaşlarımız Novruz bayramını geniş qeyd ediblər
- 18.03.2024 [12:50]
Zalsburq Azərbaycan Evində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
- 15.03.2024 [17:37]
Kölndə Azərbaycan icması ilə görüş keçirilib
- 05.03.2024 [20:13]
Ermənilərin Berlində keçirəcəyi təxribatçı tədbir ixtisara salındı
- 24.02.2024 [18:09]
Polşada ikinci Azərbaycan Evi açılıb
- 22.02.2024 [19:08]