SİYASƏT


Azərbaycan-Fransa əlaqələrinin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir ilə görüşündə ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olunub.

Nazir Elmar Məmmədyarov aprelin 2-dən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verərək, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini və Ermənistan silahlı qüvvələrinin ağır atəş vasitələri ilə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda mülki obyektlərə ciddi ziyan dəydiyini bildirib.

Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edərək, münaqişənin həlli ilə bağlı Azərbaycanın nəticəyönümlü danışıqlara hazır olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.