MƏDƏNİYYƏT
Azərbaycan Fransada keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcəkdir
Bakı, 29 avqust (AZƏRTAC). Sentyabrın 21-dən 23-dək Fransada keçiriləcək “TOPRESA” Beynəlxalq turizm sərgisində Azərbaycan da iştirak edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 70 kvadratmetrlik pavilyonda nümayiş olunacaqdır.
Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ ediləcəkdir.
Tədbir çərçivəsində Fransaya Azərbaycanın milli rəqslərini ifa etmək üçün rəqs qrupu da ezam olunacaqdır. Azərbaycanın tanınmış turizm şirkətlərinin də qatılacağı sərgidə nümayiş olunacaq materialların fransız dilinə tərcüməsi başa çatmışdır.
Azərbaycan “TOPRESA” Beynəlxalq turizm sərgisində artıq ikinci dəfə iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]