ELM VƏ TƏHSİL
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) gələcək superkompüterinin təqdimatı keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez, şirkət rəhbərləri, ali məktəb nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə UFAZ-ın kimya mühəndisliyi, üzvi kimya və fizika laboratoriyaları ilə tanış olublar.
Sonra elmi ekspert, professor Pyer Kole UFAZ-ın gələcək superkompüter proqramlarını təqdim edib.
UFAZ-ın müəllimi, Strasburq Universitetinin doktorantı Ülviyə Əbdülkərimova superkompüterin hesablama gücündən istifadə ilə bağlı tədqiqat işi barədə məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]