İDMAN


Azərbaycan Futzal Federasiyasının prezidenti millimizin baş məşqçisi ilə görüşüb

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov milli komandanın baş məşqçisi Joze Alesio Da Silva ilə görüşüb.

AZƏRTAC AFF-ya istinadla xəbər verir ki, görüşdə milli komandanın Avropa çempionatının seçmə mərhələsindəki çıxışı ilə bağlı baş məşqçinin hesabatı dinlənilib, gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq final mərhələsinə hazırlıq barədə fikir mübadiləsi aparılıb.

Baş məşqçi Azərbaycan milli komandasına yaradılan şəraitə və ona göstərilən etimada görə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.