ELM VƏ TƏHSİL


Azərbaycan GEANT Assosiasiyasının Baş Assambleyasının 28-ci iclasında təmsil olunub

Azərbaycan GEANT Assosiasiyasının Baş Assambleyasının 28-ci iclasında təmsil olunub

Bakı, 1 dekabr, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Niderlandın paytaxtı Amsterdamda GEANT (Gigabit Avropa Akedemik Şəbəkəsi) Assosiasiyasının Baş Assambleyasının 28-ci iclasında iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda GEANT Assosiasiyasının fəaliyyəti ilə bağlı yeniliklər, həyata keçirilən layihələr, o cümlədən GEANT İnnovasiya Proqramı ilə bağlı məlumatlar diqqətə çatdırılıb. Müasir dövrdə yaranmış qlobal risklər kontekstində elm və təhsil üzrə milli şəbəkə infrastrukturlarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, milli şəbəkə infrastrukturlarının qlobal risklərdən asılılığı, onların istifadəçilərinin texnoloji biliklərinin artırılması, bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Tədbir çərçivəsində GEANT Assosiasiyasına üzv olan digər ölkələrlə iki və çoxtərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi də aparılıb. Akademik R.Əliquliyev həmin ölkələrin müvafiq qurumlarının məsul şəxsləri ilə birgə elmi fəaliyyət və əməkdaşlıq perspektivlərinə dair müzakirələrdə iştirak edib.

İclasda Azərbaycanın növbəti ildə Albaniyanın paytaxtı Tiranada keçirilməsi nəzərdə tutulan “TNC 2023” konfransında təmsil olunması, ölkəmizin Avropanın Açıq Elm Buludu (European Open Science Cloud) layihəsində iştirakı və digər məsələlərə də baxılıb.

Xatırladaq ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə iki dəfə toplaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.