SİYASƏT
Azərbaycan GUAM-a sədrliyi dövründəki prioritet mövzuları açıqlayıb
Kiyev, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 50-ci iclası keçirilib.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasda GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, GUAM ölkələri arasında ticarət dövriyyəsi daha da artırılmalıdır. Müzakirələr zamanı 2020-ci il yanvarın 1-dən GUAM-ın sədrliyinin Azərbaycana keçəcəyi vurğulanıb.
Toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizin sədrliyi dövründəki prioritet məsələlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi Azərbaycan üçün prioritet mövzulardır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev