CƏMİYYƏT


Azərbaycan Gənc Psixoloqlarının ümumrespublika forumu keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

“ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Gənc Psixoloqlar” İctimai Birliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Psixoloqlarının I ümumrespublika forumu keçirilib. Forum “Psixi sağlamlıq istiqamətində həyata keçirilən tədbirlərin dövlətin inkişafında rolu” və “Psixologiya elminin tətbiqi sferalarının inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işlərin təhlili” mövzuları üzrə iki paneldən ibarət olub.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan “Gənc Psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruczadə forumun keçirilmə məqsədi barədə iştirakçılara məlumat verib.

Forumun birinci panelində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və “ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək tədbirin əhəmiyyətindən və bu gün ölkəmizdə psixi sağlamlığın qorunması istiqamətində aparılan işlərdən danışıb, forum iştirakçıları tərəfindən verilən suallar cavablandırıblar.

İkinci paneldə isə psixoterapevt Nisə Abdullayeva, Bakı Dövlət Universitetinin müəllimi, klinik psixoloq Səyyarə Yusubova, “Gənc Psixoloqlar” İctimai Birliyinin nümayəndələri Aidə Səlim, Aytac Abbasbəyli, “İstək” liseyinin psixoloqu Sevda Cəlilzadə psixologiyanın müxtəlif problemlərinə dair məruzələrlə çıxışlar ediblər.

Tədbirin sonunda “Gənc Psixoloqlar” İctimai Birliyi və “ASAN” Könüllüləri Gənclər Təşkilatı arasında psixi sağlamlıq istiqamətində tədbirlərin həyata keçirilməsini və gənc mütəxəssislərin formalaşdırılmasını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.